"Onların səviyyəsindən şübhəmiz yoxdur" - Millimizin baş məşqçisi

"Onların səviyyəsindən şübhəmiz yoxdur" - Millimizin baş məşqçisi

“Bizim üçün çox önəmli toplanışdır. Oyunçularla daha yaxından tanış olmaq üçün yaxşı fürsət yarandı.

"Mediasport" xəbər verir ki, bu sözləri U-21 Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov deyib.

O, media nümayəndələri üçün təşkil edilmiş brifinqdə komandanın hazırlığı barədə məlumat verib:

"Əksəriyyətini izləyirdik, amma şəxsi təcrübə fərqli olur. Futbolçuların hamısını izləyirik, hər biri ilə bağlı bütün lazımi məlumatlar bizdə var.

Yenə də oyunçulara yaxından baxmaq lazımdır. Onların səviyyəsindən şübhəmiz yoxdur, çünki yaxşı klublarda çıxış edirlər. Demək olar ki, bütün oyunlarına baxmışıq”.

Qeyd edək ki, Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçən U-21 millimizin toplanışı yanvarın 17-dək davam edəcək.