Fərid Nəbiyev üçün yubiley matçı

 Fərid Nəbiyev üçün yubiley matçı

Azərbaycan Premyer Liqasının X turu "Kəpəz"in futbolçusu Fərid Nəbiyev üçün əlamətdar olub.

"Mediasport" xəbər verir ki, o, turnirdə 100-cü oyununu keçirib.

26 yaşlı hücumçu "Neftçi" ilə səfər matçında (1:5) yubileyini gerçəkləşdirib. O, 100 oyunda 14 qola imza atıb.

Fəridin debütü 2016/2017 mövsümündə "Qəbələ"də reallaşıb. O, ümumilikdə 4 klubda forma geyinib.

"Kəpəz"də 40 (6 qol), "Turan Tovuz"da 31 (6 qol), "Səbail"də 28 (2 qol), "Qəbələ"də 1 matça çıxıb.

F.Nəbiyev ölkə çempionatları tarixində yüksək dəstədə 100 və daha çox oyun keçirən 447-ci futbolçudur. O, buna cari mövsümdə nail olan 7-ci oyunçu olub.