Nəriman Axundzadə ABŞ-də yeni komandasında məşqlərə başladı

Nəriman Axundzadə ABŞ-də yeni komandasında məşqlərə başladı

Sənəd məsələlərini həll edən Azərbaycan yığmasının futbolçusu Nəriman Axundzadə ABŞ-də ilk məşqinə çıxıb.

"Mediasport" xəbər verir ki, "Kolumbus Kryu"nun yeni transferi kollektiv məşqdə iştirak edib.

Gənc hücumçu sosial şəbəkə hesabında paylaşım edərək azarkeşlərə səslənib, yeni klubunda xoşbəxt olduğunu bildirib:

“Salam, mənim adım Nərimandır, “Kolumbus Kryu”da olduğum üçün çox xoşbəxtəm!”

Xatırladaq ki, "Qarabağ"dan ayrılan 22 yaşlı hücumçu Ohayo təmsilçisi ilə 3,5 illik müqavilə imzalayıb.