"Zirə"dən ayrıldı, karyerasını Azərbaycanda davam etdirəcək

Braziliyalı Rafael Utsiqin “Zirə”dən ayrılacağı dəqiqləşib.
Bu barədə qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov məlumat verib.
Mütəxəssis “CBC Sport” telekanalına açıqlamasında forvardın karyerasında yeni səhifə açmaq istədiyi və bu səbəbdən klubdan getmək niyyətində olduğunu bildirib.
2024-cü ilin yanvarından “qartallar"ın formasını geyinən "sambaçı"nın karyerasını harada davam etdirəcəyi müəyyənləşib.
29 yaşlı hücumçu "Araz-Naxçıvan"da çıxış edəcək. "Zirə"də az şans qazanan Utsiq növbəti dəfə Elmar Baxşıyevin rəhbərliyi altında oynamağa razılaşıb.
Qərarda komandanın avrokuboklara vəsiqə qazanması böyük rol oynayıb.
Xatırladaq ki, cənubi amerikalı 2020-2023-cü illərdə "Qəbələ"də forma geyinib.
Mediasport.com.az