Premyer Liqa klubu serb və azərbaycanlı ilə müqavilə bağladı

 Premyer Liqa klubu serb və azərbaycanlı ilə müqavilə bağladı

"Sumqayıt" iki yeni müqavilə bağlayıb.

"Mediasport" xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi ötən mövsümü Serbiyanın "Tekstilaç" klubunda keçirmiş yarımmüdafiəçi Nikola Ninkoviçi transfer edib.

31 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

"Partizan"ın yetriməsi olan Nikola "Cenoa", "Kyevo", "Empoli", "Askoli", "Breşiya", Serbiyanın "Proletar", Bosniya və Herseqovinanın "Borats", Gürcüstanın "Torpedo" (Kutaisi) komandalarının formasını geyinib. O, Serbiyanın U-17, U-19 və U-21 millilərində də çıxış edib.

Saşa İliçin komandası Səbuhi Abdullazadə ilə də anlaşıb. 23 yaşlı futbolçu daha 2 il "kimyaçılar"ın şərəfini qoruyacaq.

Qeyd edək ki, Azərbaycan milli komandasının üzvü ötən mövsüm "Sumqayıt"ın heyətində 38 rəsmi oyun keçirib, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.