"Qarabağ" - "Ayaks" matçına bilet almaq istəyənlərin NƏZƏRİNƏ!

"Qarabağ" - "Ayaks" matçına bilet almaq istəyənlərin NƏZƏRİNƏ!

Dekabrın 10-da UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks” oyunu üçün biletlərin satışı yaxın günlərdə başlanacaq.

"Mediasport" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletləri yalnız klub tərəfindən təsdiqlənmiş rəsmi satış kanalları vasitəsilə təqdim olunacaq.

Ağdam klubu azarkeşlərdən biletləri yalnız rəsmi platformalardan almalarını tövsiyə edir.

Qeyd olunub ki, biletlərin yüksək tələbat səbəbilə qısa müddətdə tükənməsi mümkündür. Ən son məlumatlar və satış vaxtı ilə məlumatlar klubun rəsmi kanalları vasitəsilə paylaşılacaq.