"Neftçi" braziliyalı yarımmüdafiəçi transfer etdi - RƏSMİ
"Neftçi" növbəti transferini açıqlayıb.
"Mediasport" xəbər verir ki, "ağ-qaralar" braziliyalı yarımmüdafiəçi Qustavo Klisman Dimaraeş Mirandanı heyətinə cəlb edib.
26 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. O, paytaxt təmsilçisində 20 nömrəli formanı geyinəcək.
Karyerasının böyük hissəsini Portuqaliyada keçirən Klisman 2025-ci ildə icarə əsasında Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edib.
O, sonuncu klubu "Santa Klara"nın heyətində 74 oyun keçirib, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Bakı klubu buna qədər "Şamaxı"dan Rüfət Abbasovu heyətinə qatıb.


