Babək Quliyevə UEFA-dan təyinat

Babək Quliyevə UEFA-dan təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

"Mediasport" xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də keçiriləcək Bosniya və Herseqovina - İsrail görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Mostar şəhərində yerləşən "Bijelim Brijeqom" stadionunda baş tutacaq.