Azərbaycan idmançısı dünya çempionatında 2-ci yeri tutdu
Azərbaycan gimnastı Bilal Qurbanov Çində keçirilən tamblinq üzrə gənclər arası dünya çempionatı və dünya yaş qrupları yarışlarında uğurla çıxış edib.
"Mediasport" xəbər verir ki, təmsilçimiz tamblinq üzrə mübarizədə gümüş medal qazanıb.
O, final mərhələsində 27,000 xal toplayıb.

