Dünya çempionatı: PSJ bu dəfə "Atletiko"nu darmadağın etdi

Dünya çempionatı:  PSJ bu dəfə "Atletiko"nu darmadağın etdi

ABŞ-də FİFA klublararası dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, ilk tur çərçivəsində növbəti matç B qrupunda keçirilib.

UEFA Çempionlar Liqasının son qalibi PSJ Madrid "Atletiko"sunu darmadağın edib.

Fransa nəhəngi növbəti turlarda "Botafoqo" (Braziliya) və "Syetl Sounders"lə (ABŞ) qarşılaşacaq.


Klublararası dünya çempionatı. B qrupu. 1-ci tur


PSJ (Fransa) - "Atletiko" (Madrid, İspaniya) 4:0

Qollar: Fabian Ruiz, 19, Vitinya, 45+1, Senni Mayulu, 87, Li Kanq-İn, 90+7-pen.