Patrik Andradeli Kabo Verde tarixində ilk dəfə DÇ-yə çıxdı

Futbol üzrə DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan daha bir milli komanda müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Afrika zonasında yarışan Kabo Verde tarixində ilk dəfə bu hüquqa yiyələnib.
"Araz-Naxçıvan"ın futbolçusu Patrik Andradeli milli qrup mərhələsinin son turunda Esvatini üzərində 3:0 hesablı qələbə qazanıb.
Komanda ümumilikdə 23 xal toplayıb.
Xatırladaq ki, daha əvvəl 21 ölkə mundialın əsas raundunda iştirak şansı əldə edib:
Ev sahibləri (Meksika, ABŞ, Kanada) ilə yanaşı, Braziliya, Argentina, Ekvador, Kolumbiya, Uruqvay, Paraqvay, Mərakeş, Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Avstraliya, Özbəkistan, Yeni Zelandiya, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana.
Turnir gələn il 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada təşkil olunacaq.