2010-dan bu yana DÇ-lərdə pley-offa çıxmayan ən bahalı yığmalar
ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.
4 yığma artıq pley-offa vəsiqəni təmin edə bilməyib. Bunlar Haiti, Türkiyə, Tunis və İordaniya kollektivləridir.
3-cü tur bu komandalar üçün formal xarakter daşıyacaq.
"Mediasport" 2010-cu ildə keçirilən mundialdan bu günə qədər pley-offa yüksələ bilməyən ən dəyərli milli komandaların siyahısını təqdim edir:
1. Almaniya - 1,19 milyard avro (DÇ-2018)
2. Almaniya - 1,14 milyard avro (DÇ-2022)
3. İspaniya - 817 milyon avro (DÇ-2014)
4. Belçika - 659 milyon avro (DÇ-2022)
5. İtaliya - 545 milyon avro (DÇ-2014)
6. Uruqvay - 512 milyon avro (DÇ-2022)
7. Fransa - 475 milyon avro (DÇ-2010)
8. İngiltərə - 475 milyon avro (DÇ-2014)
9. Türkiyə - 474 milyon avro (DÇ-2026)
10. İtaliya - 447 milyon avro (DÇ-2010)


