PÜŞK atılır: "Qarabağ"ın Avroliqada rəqibi məlum olur - YENİLƏNİR

PÜŞK atılır: "Qarabağ"ın Avroliqada rəqibi məlum olur - YENİLƏNİR

Bu gün UEFA Avropa Liqasında 2026/2027-ci illər mövsümünün I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Mediasport" xəbər verir ki, tədbir UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.

Yarışda Azərbaycanı təmsil edəcək "Qarabağ"ın da rəqibi məlum olacaq.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Jilina" (Slovakiya), "Voyvodina" (Serbiya), "Universtatya" (Kluj, Rumıniya), "Aluminiy" (Sloveniya), "Derri Siti" (İrlandiya) və "Vestri" (İslandiya) komandalarından biri ilə düşəcək.

Püşkatma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Raundun görüşləri iyulun 9-u və 16-da oynanılacaq.