Mahir üçün yeni məşqçi gətirildi

Mahir üçün yeni məşqçi gətirildi

Azərbaycan yığmasının futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Rakuv" komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Çenstoxova təmsilçisini David Şvarqa çalışdıracaq.

36 yaşlı mütəxəssislə 2027/2028 mövsümünün sonunadək anlaşma əldə edilib.

O Tomaş Kaçmareki əvəzləyəcək.

Emrelinin icarə əsasında forma geyindiyi "Rakuv" liqada 6 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.