Millimizin üzvü bölgə komandası ilə yeni müqavilə bağladı

Millimizin üzvü bölgə komandası ilə yeni müqavilə bağladı

"Qəbələ" Səlahət Ağayevlə müqavilənin müddətini uzadıb. 

"Mediasport" xəbər verir ki, qapıçı daha 1 il bölgə təmsilçisinin formasını geyinəcək.

Səlahət "Qəbələ"nin heyətində ümumilikdə 87 oyun keçirib.

O, 2022-2023, 2024-2025 və 2025-2026-cı illər mövsümündə "qırmızı-qaralar"ın uğurları üçün çalışıb.

Qolkiper Azərbaycan milli komandasının heyətində 22 oyunda meydana çıxıb.