"Qalatasaray" "Liverpul"a, "Kayrat" "Real"a qarşı, "Qarabağ"ın üç rəqibi bu gecə meydana çıxacaq

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci tur start götürəcək.
"Mediasport" xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma keçiriləcək.
Azərbaycanın yarışda yeganə komandası "Qarabağ" meydana sabah çıxacaq.
Ağdam klubunun rəqiblərindən "Çelsi" İngiltərədə "köhlən atlar"ın ilk turda səfərdə məğlub etdiyi "Benfika" ilə üz-üzə gələcək, "Ayntraxt" Madriddə "Atletiko"nun, "Ayaks" isə Fransada "Olimpik"in (Marsel) qonağı olacaq.
Qardaş ölkə təmsilçilərindən "Qalatasaray" İstanbulda "Liverpul"u, "Kayrat" Astanada Madrid "Real"ını qəbul edəcək.
UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 2-ci tur
20:45 "Kayrat" (Qazaxıstan) - "Real" (Madrid, İspaniya)
20:45 "Atalanta" (İtaliya) - "Brügge" (Belçika)
23:00 "Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə)
23:00 "Çelsi" (İngiltərə) - "Benfika" (Portuqaliya)
23:00 "Atletiko" (Madrid, İspaniya) - "Ayntraxt" (Almaniya)
23:00 "Budö Qlimt" (Norveç) - "Tottenhem" (İngiltərə)
23:00 "Marsel" (Fransa) - "Ayaks" (Niderland)
23:00 "Pafos" (Kipr) - "Bayern" (Almaniya)
23:00 "İnter" (İtaliya) - "Slaviya" (Çexiya)