UEFA Çempionlar Liqasında ilk 1/4 finalçılar bu axşam məlum olacaq

UEFA Çempionlar Liqasında ilk 1/4 finalçılar bu axşam məlum olacaq

Bu axşam UEFA Çempionlar Liqasında ilk 1/4 finalçılar məlum olacaq.

"Mediasport" xəbər verir ki, 1/8 finalın cavab görüşləri çərçivəsində 4 görüş bu gecə keçiriləcək.

Turnirin sürpriz dübütantı "Budö Qlimt"in "Sportinq"lə cavab matçı nə qədər maraqla gözlənilirsə, "Mançester Siti"nin "Real"la qarşıdurması o qədər əhəmiyyət kəsb edir.

Raundun digər 4 oyunu sabah baş tutacaq.


UEFA Çempionlar Liqası. 1/8 final. Cavab oyunları


21.45. "Sportinq" (Portuqaliya) – "Budö Qlimt" (Norveç) (ilk oyun - 0:3)

00.00. "Mançester Siti" (İngiltərə) – "Real" M. (İspaniya) (ilk oyun - 0:3)

00.00. "Çelsi" (İngiltərə) - PSJ (Fransa) (ilk oyun - 2:5)

00:00. "Arsenal" (İngiltərə) – "Bayer" (Almaniya) (ilk oyun - 1:1)