ÇL: Liqa mərhələsinə vəsiqəni rəsmiləşdirən 21 klub - SİYAHI

ÇL: Liqa mərhələsinə vəsiqəni rəsmiləşdirən 21 klub - SİYAHI

2026/2026 mövsümündə UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqəni təmin edən 21 klubun adı açıqlanıb.

"Mediasport" xəbər verir ki, Türkiyə Superliqasının qalibi olan "Qalatasaray" da həmin klublar arasında yer alıb.

Türkiyəli Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor" (Donetsk) növbəti mövsüm Ukraynanı qitənin birinci dərəcəli klub turnirində təmsil edəcək.

Xatırladaq ki, Azərbaycan çempionu "Sabah" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindən etibarən mübarizəyə start verəcək.

Liqa mərhələsində iştirak edəcək 21 klub:

"Arsenal", "Mançester Siti", "Mançester Yunayted", "Aston Villa" (hamısı İngiltərə), "Barselona", "Real", "Atletiko" (Madrid), "Vilyarreal", "Betis" (hamısı İspaniya), "Bayern", "Borussiya" (Dortmund), "Leypsiq" (hamısı Almaniya), PSJ, "Lans" (ikisi də Fransa), "İnter" (İtaliya), PSV, "Feyenoord" (ikisi də Niderland), "Portu" (Portuqaliya), "Slaviya" (Praqa, Çexiya), "Qalatasaray" (Türkiyə), "Şaxtyor" (Donetsk, Ukrayna)