Adil Əliyevə yeni vəzifə verildi

Adil Əliyevə yeni vəzifə verildi

Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyevə WAKO-da (Dünya Kikboksinq Təşkilatları Assosiasiyası) vəzifə verilib.

"Mediasport" xəbər verir ki, sabiq deputat Beynəlxalq İnkişaf Komitəsinin üzvü təyin olunub.

Təyinat onun Azərbaycanda və regionda kikboksinqin inkişafına verdiyi töhfələrin beynəlxalq səviyyədə qiymətləndirilməsi kimi dəyərləndirilib.

Komitə kikboksinqin dünya üzrə inkişafı, ölkələrarası əməkdaşlığın gücləndirilməsi və beynəlxalq tədbirlərin təşkili istiqamətində fəaliyyət göstərir.