"Real" Madriddə "Monako"ya qarşı, "Arsenal" səfərdə "İnter"lə üz-üzə

"Real" Madriddə "Monako"ya qarşı, "Arsenal" səfərdə "İnter"lə üz-üzə

Bu axşam futbol üzrə UEFA Çempionlar Liqası qaldığı yerdən davam edəcək.

"Mediasport" xəbər verir ki, Liqa mərhələsinin 7-ci turu Qazaxıstanda start götürəcək.

9 qarşılaşmanın keçiriləcəyi ilk oyun günündə "Kayrat" doğma publika qarşısında Belçikanın "Brügge" kollektivini qəbul edəcək.

Tura sabah yekun vurulacaq. Azərbaycan çempionu "Qarabağ" "Ayntraxt"ı sınağa çəkəcək.


UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 7-ci tur


19:30 "Kayrat" (Qazaxıstan) - "Brügge" (Belçika)

21:45 "Budö Qlimt" (Norveç) - "Mançester Siti" (İngiltərə)

00:00 "Real" M. (İspaniya) - "Monako" (Fransa)

00:00 "İnter" (İtaliya) - "Arsenal" (İngiltərə)

00:00 "Sportinq" (Portuqaliya) - PSJ (Fransa)

00:00 "Tottenhem" (İngiltərə) - "Borussiya" D. (Almaniya)

00:00 "Vilyarreal" (İspaniya) - "Ayaks" (Niderland)

00:00 "Kopenhagen" (Danimarka) - "Napoli" (İtaliya)

00:00 "Olimpiakos" (Yunanıstan) - "Bayer" (Almaniya)