"Qarabağ" Antalyaya yola düşdü

"Qarabağ" Antalyaya yola düşdü

“Qarabağ” qış təlim-məşq toplanışının ikinci hissəsi üçün Türkiyəyə yola düşüb.

"Mediasport" xəbər verir ki, Bakıda hazırlıqları başa vuran Ağdam təmsilçisi yanvarın 17-nə kimi Antalyada məskunlaşacaq.

Qurban Qurbanovun komandası Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da hazırlaşacaq.

Komandamız toplanış çərçivəsində yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə), 16-da isə Polşanın “Zaqlebye" (Lübin) klubları ilə qarşılaşacaq.