Azərbaycan yığması dünya çempionatında Çili ilə üz-üzə

Azərbaycan yığması dünya çempionatında Çili ilə üz-üzə

Bakıda keçirilən futbol üzrə U-15 Dünya Kuboku və Festivalında Azərbaycan milli komandasının bu gün növbəti oyununu keçirəcək.

"Mediasport" xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu yığma Çili komandasıi lə qarşılaşacaq.

Hövsan Yarış Kompleksindəki 7B stadionunda baş tutacaq matç saat 11:30-da start götürəcək.

Millimiz qalib gəlsə, təsnifat qrupunda 3-cü yeri tutmuş komandalar arasında 65-ci yeri tutmaq üçün mübarizə aparacaq.

Futbolçularımız Çili kollektivini məğlub etsələr, C yolunun (təsnifat qrup 3-cüləri) 1/8 finalında, uduzsalar, 81-ci yer uğrunda yarışacaqlar.

Cütün qalibi növbəti raundda Belarus - Cəbəllütariq duelinin güclüsü ilə üz-üzə gələcək. Məğlub tərəf isə məhz bu cütdə uduzan komanda ilə görüşəcək.

Xatırladaq ki, yığmamız yer aldığı AF təsnifat qrupunda Şərqi Timor, Andorra və İsraildən (6:0, 1:0, 3:1) üstün olub, Avstraliya və Haitiyiə uduzaraq (1:3, 0:4) 9 xalla qrup 3-cüsü olub.

Təqvimə əsasən, millimiz oktyabrın 28-dən 30-dək beş matçda meydana çıxacaq. Bununla da yığmanın turnir çərçivəsində keçirdiyi oyunların sayı 10-a çatacaq.

Mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Oktyabrın 30-da başa çatacaq DÇ-nin görüşləri Hövsan Yarış Kompleksinin meydançalarında keçirilir.

Yalnız açılış və final matçları Bakı Kristal Zalına salınıb.