Elçin Məsiyev ÇL-də baş hakim, Əliyar Ağayev 4-cü hakim olacaq

Elçin Məsiyev ÇL-də baş hakim, Əliyar Ağayev 4-cü hakim olacaq

FİFA referisi Elçin Məsiyev UEFA Çempionlar Liqasının oyununa təyinat alıb.

"Mediasport"xəbər verir ki, ədalət təmsilçisi iyulun 29-da II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Serbiyada keçiriləcək "Srvena Zvezda" - "Larne" (Şimali irlandiya) matçını idarə edəcək.

Yan xətdə Elşad Abdullayev və Pərvin Talıbov iş başında olacaqlar.

Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

VAR-da niderlandlı Kley Ruperti, AVAR-da isə Nicat İsmayıllı əyləşəcək.

Belqraddakı "Rayko Mitiç" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.