"Qarabağ" 17 pillə irəlilədi, "Sabah" 20 pillə gerilədi - DÜNYA REYTİNQİ
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların noyabr ayı üçün dünya reytinqini açıqlayıb.
"Mediasport" xəbər verir ki, 502 komandanın daxil olduğu siyahıda Azərbaycandan ən yaxşı göstəriciyə malik "Qarabağ" sıçrayışa nail olub.
17 pillə irəliləyən Qurban Qurbanovun komandası 192,25 xalla 65-ci sıraya yüksəlib.
Digər 3 təmsilçimizdən "Sabah" 20 pillə geriləyərək 276-cı, "Zirə" 20 addım qalxaraq 407-dən 387-ci, "Araz-Naxçıvan" isə 1 sıra irəliləyərək 390-cı olub.
Reytinqə 567 xalla Fransanın PSJ klubu başçılıq edir.
