Qarabağ klubunda 3 ayrılıq

  Qarabağ klubunda 3 ayrılıq

Futbol üzrə Azərbaycan 2-ci Liqasının son qalibi "Xankəndi" üç futbolçu ilə vidalaşıb.

"Mediasport" xəbər verir ki, qarabağlılar Rauf Məhərrəmov, Tural Qurbatov və Mirmövsüm Caniyevlə yollarını ayırıblar.

Hər üç oyunçu ilə müqavilələrə qarşılıqlı razılıq əsasında xitam verilib.

Xatırladaq ki, "Xankəndi" yeni mövsüm Azərbaycan 1-ci Liqasında mübarizə aparacaq.