"Qarabağ" Respublika stadionunun tribunalarına işğaldan azad edilmiş şəhərlərin adlarını verdi - YENİLİK

"Qarabağ" Respublika stadionunun tribunalarına işğaldan azad edilmiş şəhərlərin adlarını verdi - YENİLİK

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" – "Kopenhagen" (Danimarka) oyunundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda bəzi yeniliklər edilib.

"Mediasport" xəbər verir ki, tribunalarda bəzi sektorların yerləri və adları dəyişdirilib.

VIP və VVIP sektorlara işğaldan azad olunmuş şəhərlərin (Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl, Xocalı, Laçın, Kəlbəcər, Ağdam, Şuşa, Xankəndi) adları veriib.

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də start götürəcək.