4 nəfərin ölümünə səbəb olan eks klub prezidenti azadlığa buraxıldı

4 nəfərin ölümünə səbəb olan eks klub prezidenti azadlığa buraxıldı

2021-ci ilin iyununda Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədərək dörd nəfərin ölümünə səbəb olan keçmiş “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyev prezident İlham Əliyevin imzaladığı amnistiyaya düşüb.

"Mediasport" xəbər verir ki, vaxtından əvvəl azadlığa buraxılan iş adamının həbs müddəti 8 ildən 5 ilə endirilib.

Onun təqdim olunan sübutlara ekspertiza rəyi verildikdən sonra hadisə vaxtı içkili olmadığı müəyyən edilib.

Xatırladaq ki, E.Kəlbəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 263-1.4 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə təqsili bilinərək 9 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə həbs müddətini 8 ilə endirib.

2010-cu ildə yaradılmış "Əlincə" futbol klubu 2020-ci ildə fəaliyyətini dayandırıb.