Respublika stadionuna məxsus "Hyundai Sonata" hərraca çıxarıldı

 Respublika stadionuna məxsus "Hyundai Sonata" hərraca çıxarıldı

Tofiq Bəhramov adına Respublika stadionuna məxsus "Hyundai Sonata" hərraca çıxarılıb.

"Mediasport" xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən Gənclər və İdman Nazirliyinin balansında olan arenaya məxsus minik avtomobili ilə bağlı elan paylaşılıb.

2007-ci il istehsalı olan avtomobilin ilkin satış qiyməti 5300 manatdır. 

Hərrac martın 10-da baş tutacaq.