"Qarabağ"dan ayrılan Buntiç Portuqaliyada oynayacaq
"Qarabağ"dan ayrılan xorvatiyalı Fabian Buntiç karyerasını Portuqaliyada davam etdirəcək.
"Mediasport" xəbər verir ki, 29 yaşlı dəri əlcək sahibi 2-ci Liqa təmsilçisi "Farense" ilə anlaşıb.
Buntiç 2024-cü ilin yayından "Qarabağ"da çıxış edib.
O, 2025/2026 mövsümündə "atlılar"ın heyətində ümumilikdə 7 oyuna çıxıb və 7 qol buraxıb.


