"Sabah"ın rəqibləri müəyyənləşdi

  "Sabah"ın rəqibləri müəyyənləşdi

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək.

"Mediasport" xəbər verir ki, "bayquşlar"ın ilk rəqibi Rumıniyanın "Universitatya Krayova" klubu olacaq.

Matç iyunun 24-də keçiriləcək. 

Valdas Dambrauskasın komandası iyunun 28-də Macarıstanın "Ferensvaroş", iyulun 2-də isə Ukraynanın "Polessye" kollektivi ilə qarşılaşacaq.