Rusiya klubu azərbaycanlı futbolçunun transferini açıqladı
Rusiyanın "Torpedo" klubu azərbaycanlı Sadiq Baqiyevin transferini açıqlayıb.
"Mediasport" xəbər verir ki, Moskva təmsilçisi U-19 yığmamızın formasını sabiq üzvü ilə bağlanan müqavilənin detalları haqda məlumat paylaşmayıb.
22 yaşlı yarımmüdafiəçi yeni klubunda 66 nömrəli formada çıxış edəcək.
Xatırladaq ki, Sadiq karyerası ərzində “Kuban-Holdinq”, “Spartak” (Tambov) və “SKA-Xabarovsk” klublarında oynayıb.

