Azərbaycandan ayrılan Miçonun yeni komandası müəyyənləşdi
Yayda “Araz-Naxçıvan”dan ayrılan Miço Kuzmanoviçin yeni komandası müəyyənləşib.
"Mediasport" xəbər verir ki, 29 yaşlı futbolçu karyerasını ölkəsi Bosniya və Herseqovinada davam etdirəcək.
Yarımmüdafiəçi köklü klublardan "Velej"lə (Mostar) mövsümün sonunadək müddəti əhatə edəcək müqavilə bağlayıb.
Xatırladaq ki, Kuzmanoviç "Araz-Naxçıvan"ın heyətində 69 oyuna 5 qolla yadda qalıb.
