"Neftçi" Şamaxıda "sülh" bağladı, "Qarabağ" "Sumqayıt"a məğlub oldu

"Neftçi" Şamaxıda "sülh" bağladı, "Qarabağ" "Sumqayıt"a məğlub oldu

Azərbaycan Premyer Liqasında 2-ci turun oyunlarına start verilib.

"Mediasport" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Premyer Liqanın debütantı "İmişli" Şamaxıda "Neftçi"ni qəbul edib.

Son çempion "Qarabağ" isə Premyer Liqanın 2025-26 mövsümündə ilk oyununu "Sumqayıt"a qarşı keçirib.

Turun digər oyunları 23-24-25 avqustda baş tutacaq.

Azərbaycan Premyer Liqası. 2-ci tur

"İmişli" - "Neftçi" 0:0

Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov

VAR: Rəvan Həmzəzadə

AVAR: Cəmil Quliyev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Asif Əliyev

Şamaxı şəhər stadionu.

"Qarabağ" - "Sumqayıt" 0:1

Qol: Ronaldo Vaskez, 72.

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov

VAR: Nicat İsmayıllı

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Elgiz Abbasov

"Azersun Arena".