"Qarabağ"ın Bolqarıstan klubu ilə yoldaşlıq oyunu ləğv edildi

"Qarabağ"ın Bolqarıstan klubu ilə yoldaşlıq oyunu ləğv edildi

"Qarabağ"ın Avstriyada baş tutacaq yoldaşlıq oyunlarından biri ləğv edilib.

"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisinin iyunun 27-də ÇSKA (Bolqarıstan) ilə nəzərdə tutulan matçı keçirilməyəcək.

Buna səbəb komandaların UEFA Avropa Liqasının 2-ci təsnifatında bir-biri ilə qarşılaşmaq ehtimalının mövcud olmasıdır.

"Atlılar" iyunun 22-dən iyulun 2-dək Avstriyanın Tirol əyalətində hazırlıq keçəcək.

Xatırladaq ki, Qurban Qurbanovun komandası iyulun 1-i "Metallist 1925" (Ukrayna) və "Ferensvaroş"la yoxlama oyununda üz-üzə gələcək.