Bundesliqa klubunun rəsmisi Mahirin dönüşü haqda danışdı

Bundesliqa klubunun rəsmisi Mahirin dönüşü haqda danışdı

Almaniyanın 2-ci Bundesliqa klubu "Kayzerslautern"in idman direktoru Marsel Klos zədədən yeni qayıdan Mahir Emreli haqda danışıb.

"Mediasport" xəbər verir ki, klub rəsmisi məşqləri bərpa edən hücumçunun 15-20 günə yaşıl meydanlara qayıdacağını bildirib:

"Hər şey yaxşı görünür. Əlavə müayinələr aparacağıq. Yəqin ki, yaxın iki-üç həftə ərzində oynaya biləcək".

Xatırladaq ki, 29 yaşlı oyunçu ötən il noyabrın 10-da “Herta” ilə çempionat görüşündə ağır zədə almışdı.