Azərbaycan idmançısı Avropa birinciliyində 3 medal qazandı
Azərbaycan atleti Fuad Həsənov Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclərin Avropa birinciliyində uğurla çıxış edib.
"Mediasport" xəbər verir ki, 70 kq çəki dərəcəsində yarışan idmançı 2 gümüş və 1 bürünc medal qazanıb.
O, birdən qaldırma hərəkətində 134 kq ağırlığın öhdəsindən gələrək ikinci yeri tutub.
Təkanla qaldırma növündə isə 162 kq çəkini başı üzərinə qaldıraraq üçüncü olub.
Beləliklə, 2 hərəkətin cəmində 296 kq nəticəyə imza atan atlet Avropa birinciliyinin gümüş medalına yiyələnib.

