Yığmamızın futbolçusu Kosovo Superliqasında 4-cü qolunu vurdu
Futbol üzrə Kosovo Superliqasında 6-cı turun oyunları keçirilib.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Vüsal İsgəndərlinin çıxış etdiyi “Malişevo” səfərdə “Lapi” ilə qarşılaşıb.
Qonaqların darmadağınla qələbə qazandığı matçda ilk qolu həmyerlimiz vurub - 4:0.
Bu, 30 yaşlı forvardın Kosovo çempionatında 4-cü qolu olub.
“Malişevo” 13 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

