Premyer Liqa təmsilçisinin yola saldığı futbolçu bölgəni seçdi

 Premyer Liqa təmsilçisinin yola saldığı futbolçu bölgəni seçdi

Futbol üzrə Azərbaycan 1-ci Liqasında yarışan "Şahdağ Qusar" heyətinə daha bir futbolçu qatıb.

"Mediasport" xəbər verir ki, şimallılar Aqil Nəsibovla anlaşıblar.

24 yaşlı yarımmüdafiəçi ilə qarşıdakı mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Xatırladaq ki, Nəsibov Premyer Liqaya vəsiqə qazanan "Şəfa"dan yola salınıb.