“Qarabağ”ın Çempionlar Liqasında daha bir potensial rəqibi məlumdur

“Qarabağ”ın Çempionlar Liqasında daha bir potensial rəqibi məlumdur

Ölkəmizi növbəti mövsümdə UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın I təsnifat mərhələsində daha bir potensial rəqibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Qazaxıstan çempionu "Kayrat" Ağdam təmsilçisinin mümkün rəqibləri sırasına qoşulub.

Beləliklə, püşk zamanı səpələnmişlər səbətində yer alacaq "köhlən atlar"ın potensial rəqiblərinin sayı 6-ya çatıb.

Qeyd edək ki, Avropanın bir nömrəli klub yarışının I təsnifat mərhələsinin ilk oyunları iyulun 8-9-da, cavab matçları 15-16-da keçiriləcək.

Turnirin püşkü iyunun 17-də atılacaq.


UEFA Çempionlar Liqası. I təsnifat mərhələsi


Səpələnmişlər

“Qarabağ” (Azərbaycan)

“Ludoqorets” (Bolqarıstan)

“Malmö” (İsveç)

“Jalgiris” (Litva)

RFŞ (Latviya)

“Kups” (Finlandiya)

TNS (Uels)


Səpələnməmişlər

“Kayrat” (Qazaxıstan)

“Differdanj” (Lüksemburq)

“İberiya” (Gürcüstan)

“Vikinqur” (Farer adaları)

“Şelburn” (İrlandiya)

“Virtus” (San Marino)


Qeyri-müəyyənlər

“Breydablik” (İslandiya)

“Linfild” (Şimali İrlandiya)

“Buduçnost” (Monteneqro)

“Levadiya” (Estoniya)

“Dinamo” (Minsk, Belarus)