"Sabah" UEFA Avropa Liqasında məğlubiyyətlə debüt etdi

Azərbaycan Kubokunun qalibi “Sabah” bu gün UEFA Avropa Liqasında uğursuz debüt edüb.
"Mediasport" xəbər verir ki, Masazır klubu turnirin I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Sloveniyanın “Çelye” komandasını qəbul edib.
Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Cavab matçı iyulun 17-də Sloveniyada keçiriləcək.
UEFA Avropa Liqası. 1-ci təsnifat mərhələsi. İlk oyun
“Sabah” - “Çelye” (Sloveniya) 2:3
Qollar: Pavol Şafranko, 3, 18-pen., - Franko Kovaçeviç, 7, 48, Darko Hrka, 90+3.
Baş hakim: Daniyar Saxi (Qazaxıstan).
“Bank Respublika Arena”