Mahir Emreli "Kayzerslautern"də ilk rəsmi qolunu vurdu, komandası 7:0 hesablı qələbəni bayram etdi

Mahir Emreli "Kayzerslautern"də ilk rəsmi qolunu vurdu, komandası 7:0 hesablı qələbəni bayram etdi

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Kayzerslautern" komandasının heyətində ilk rəsmi qolunu vurub.

"Mediasport" xəbər verir ki, hücumçu Almaniya Kubokunun 1/32 final mərhələsinin "RSV Ayntraxt"la görüşündə fərqlənib.

Forvard 15-ci dəqiqədə komandasının ikinci qolunun müəllifi olub, "Kayzerslautern" 7:0 hesablı qələbə qazanıb.

Xatırladaq ki, Emreli son mövsümü Almaniyada "Nürnberq"də keçirmişdi.