"Qarabağ" "Sozopol Cup" turnirində

"Qarabağ" "Sozopol Cup" turnirində

"Qarabağ"ın 13 yaşadək futbolçulardan ibarət komandası Bolqarıstanda keçiriləcək "Sozopol Cup" turnirində iştirak edəcək.

"Mediasport" xəbər verir ki, 13-18 iyun tarixlərində Tsarevo şəhərində baş tutacaq turnirdə 12 komanda mübarizə aparacaq.

Təmsilçimiz C qrupunda "Levski" (Sofiya), "Botev" (Plovdiv) və "Etar"la (Veliko Tarnovo) üz-üzə gələcək.

Qrup qalibləri və ikinci yeri tutan komandalardan ən yaxşı göstəriciyə sahib kollektiv yarımfinala vəsiqə qazanacaq.

"Sozopol Cup"

C qrupu

14 iyun "Etar" - "Qarabağ"

15 iyun "Qarabağ" - "Botev"

16 iyun "Qarabağ" - "Levski"