"Qarabağ"ın yay planı: Ağdam klubu Avstriyaya yollanacaq

"Qarabağ"ın yay planı: Ağdam klubu Avstriyaya yollanacaq

"Qarabağ"ın avrokuboklar üçün yay hazırlıq planı müəyyənləşib.

Klubdan "Mediasport"a verilən məlumata görə, Ağdam təmsilçisi iyunun 10-dan 21-dək paytaxt Bakıda təlim-məşq toplanışı keçirəcək.

"Atlılar" 22 iyun - 2 iyul tarixlərində ikinci mərhələ üçün Avstriyada olacaq.

Qurban Qurbanovun komandasının ən azı 3 yoxlama görüşündə qüvvəsini sınayacağı düşünülüb.

Xatırladaq ki, "atlılar" UEFA Avropa Liqasında mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq.

Raundun püşkü iyunun 16-da atılacaq.