"İlk hissədə heç nədən 3 qol buraxdıq" - Azər Bağırov

"İlk hissədə heç nədən 3 qol buraxdıq" - Azər Bağırov

"Azarkeşlərə təşəkkürümü bildirirəm ki, məğlub olsaq belə, komandanın yanında oldular. Bu bizim üçün böyük motivasiyadır".

"Mediasport" xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 20-ci turunun "Nfetçi" ilə oyunu haqda danışıb, 1:3 hesablı məğlubiyyəti şərh edib:

"Çalışacağıq ki, qarşıdakı matçlarda daha yaxşı oynayıb azarkeşlərin etimadını doğruldaq.

Oyunu iki hissəyə bölmüşdük. Amma əfsuslar olsun ki, ilk hissədə heç nədən 3 qol buraxdıq.

Daha ciddi, daha məsuliyyətli olub, növbəti görüşlərdə yaxşı nəticəyə köklənmək lazımdır".