"Bense Varkonyi "Qarabağ" üçün tibbi müayinədən keçdi" - İDDİA
Macarıstan mətbuatı müdafiəçi Bense Varkonyininin Bakıda olduğunu və "Qarabağ" üçün tibbi müayinədən keçdiyini bildirib.
"Mediasport" xəbər verir ki, "Zaol" nəşri yaxın günlərdə Ağdam təmsilçisinin 24 yaşlı futbolçunu transfer etdiyini açıqlayacağını yazıb.
Ağdam təmsilçisinin 24 yaşlı macarıstanlı oyunçu üçün 1 milyon avro ödəniş edəcəyi bildirilib.
"Atlılar"ın Bense ilə 3 illik sözləşmə imzalayacağı iddia edilib.
Varkonyi 2025/2026 mövsümündə "Zalaeqerseq" klubunun heyətində ümumilikdə 36 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.
O, karyerası ərzində yalnız Macarıstanda futbol oynayıb, legioner həyatı yaşamayıb.


