"Turan Tovuz" Türkiyədə "Fatih Karagümrük"lə qarşılaşacaq
Yeni mövsümə Türkiyədə hazırlaşan "Turan Tovuz"un yoxlama oyunlarındakı növbəti rəqibi müəyyənləşib.
"Mediasport" Kurban Berdıyevin komandası "Fatih Karagümrük"lə qarşılaşacaq.
Matç iyulun 27-də baş tutacaq.
Xatırladaq ki, tovuzlular daha əvvəl Türkiyədə İranın U-21 yığması ilə bərabərə qalıb (1:1).


