Millimizin hücumçusu İtaliya B Seriyasında ilk qolunu vurdu
Futbol üzrə İtaliya B seriyasında 9-cu turun oyunları keçirilir.
"Mediasport" xəbər verir ki, Azərbaycanın U-21 yığma komandasının hücumçusu Lorenso Mezzoteronun formasını geyindiyi “Sampdoriya” evdə “Virtus Entella” ilə qarşılaşıb.
Genuya təmsilçisinin 2:0 hesabı ilə qalib gəldiyi görüşdə qollardan birini millimizin forvardı vurub.
Mezzotero 17-ci dəqiqədə meydana çıxıb və 42-ci dəqiqədə fərqlənib.
Bu italiyalının klub səviyysəində peşəkar karyerasında ilk qolu olub.
“Sampdoriya” 8 xalla turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.

