Qurban Qurbanov "Tvente" ilə bağlı suallara Suraxanıda cavab verəcək
Avqustun 20-də Niderlandda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Tvente” - "Qarabağ" matçından əvvəl Qurban Qurbanovun mətbuat konfransı Bakıda təşkil olunacaq.
"Mediasport" xəbər verir ki, Ağdam klubunun baş məşqçisi media önünə avqustun 19-da çıxacaq.
"Azərsun Arena"da reallaşacaq konfrans saat 11:00-da başlanacaq.
Qeyd edək ki, Enşede şəhərindəki “De Qrolş Veste” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.


