"Kəpəz" "Karvan-Yevlax"la üz-üzə

"Kəpəz" "Karvan-Yevlax"la üz-üzə

Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları davam edir.

"Mediasport" xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutacaq.

"Karvan-Yevlax" Qəbələdə "Kəpəz"lə üz-üzə gələcək.

Turun açılış matçında - "İmişli" - "Neftçi" oyununda qapılara qol vurulmayıb (0:0).

Son çempion "Qarabağ" isə "Azersun Arena"da "Sumqayıt"a minimal hesabla uduzub - 0:1.

Turun digər oyunları 24-25 avqustda keçiriləcək.

Azərbaycan Premyer Liqası. 2-ci tur

19:00 "Kəpəz" - "Karvan-Yevlax"

Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə

VAR: Kamal Umudlu

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: İlham Əliyev

Qəbələ şəhər stadionu.