Qvadelupa millisinin futbolçusu "Sabah"la 2 illik müqavilə bağladı

Qvadelupa millisinin futbolçusu "Sabah"la 2 illik müqavilə bağladı

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

"Mediasport" xəbər verir ki, "bayquşlar" mərkəz müdafiəçisi Stiv Solvetlə 2 illik müqavilə imzalayıblar.

Stiv karyerası ərzində Fransanın “Strazbur" (2014–2018) və “Dijon”un (2018–2019) ikinci komandalarının, həmçinin "Berjerak” (2019–2020), “Set” (2020–2022), “Orlean” (2022–2024) və “Martiq” (2024–2025) klublarının formasını geyinib.

Qvadelupa yığmasının üzvü olan futbolçu millidə 13 oyunda 2 qol vurub.